Atom nüvəsindəki möhtəşəm xüsusiyyətlər

Atom nüvəsindəki möhtəşəm xüsusiyyətlər

Normal şəraitdə atomun daxilində protonların bir-birlərini itələmələri və mümkün qədər bir-birlərindən uzaqlaşmaları gərəkir. Çünki protonlar müsbət yüklüdürlər və eyni yüklər bir-birlərini daim itələyirlər. Ancaq kainatda mövcud olan güclü nüvə qüvvəsi sayəsində protonlar yüksüz olan neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş haldadır. Bir başqa sözlə, güclü nüvə qüvvəsi protonları bir yerdə tutaraq atomun mərkəzindəki nüvəni əmələ gətirir.

Bu qüvvə atomun nüvəsindəki protonların və neytronların dağılmadan bir yerdə olmalarını təmin edir. Atomun nüvəsi bu şəkildə əmələ gəlir. Bu qüvvənin şiddəti o qədər güclüdür ki, nüvənin içindəki proton və neytronların sanki bir-birinə yapışmasını təmin edir. Buna görə də bu qüvvəyə sahib olan çox kiçik zərrəciklərə latınca "yapışdırıcı" mənasını verən "glüon" deyilir. Bu yapışmanın şiddəti çox həssas nizamlanmışdır. Bu yapışdırıcının qüvvəsi proton və neytronların bir-birlərinə istənilən məsafədə olmalarını təmin etmək üçün xüsusi olaraq müəyyən edilmişdir. Həmin qüvvə bir az daha yapışdırıcı olsa, proton və neytronlar bir-birlərinin içinə keçəcək, bir az daha az olsa dağılacaqlar. Məhz bu qüvvə böyük partlayışın (Big Bang) ilk saniyələrindən bəri atomun nüvəsinin əmələ gəlməsi üçün lazım olan yeganə dəyərə malikdir.

Bu gücün şiddətini anlamaq üçün atom bombasının meydana gətirdiyi təsiri düşünmək kifayətdir. Bu bomba atom nüvəsinə bir zərrəcik (ümumiyyətlə, neytron) atılması ilə nüvənin parçalanması nəticəsində əmələ gəlir. Nüvə parçalandıqda nüvədəki proton və neytronları bir yerdə tutan qüvvə ortaya çıxır. Qarşısına çıxan hər canlını külə döndərən və radioaktiv təsiri illərlə davam edən bənzərsiz güc əmələ gəlir. Bu, yalnız gözlə görünməyən bir atomun içində gizlənmiş və qarşısındakı insanları aciz və müdafiəsiz buraxan  qüvvədir.

Nüvəyə təsir edən həmin güclü nüvə qüvvəsi elə tarazlanıb ki, kainatın əmələ  gəlməsindən bəri maddənin mövcud olması və eyni zamanda, tarazlıq halında varlığını davam etdirməsi üçün ən uyğun dəyərə malikdir. Əgər qüvvə bir az daha güclü olsaydı, proton və neytronlar bir-birlərinin içinə keçərdilər. Əgər bir az daha az olsaydı, bu hissəciklər bir-birlərindən ayrılıb uzaqlaşardılar. Bu vəziyyətdə canlı və ya cansız varlıqlardan, dünya, Günəş və ya kainatdan şübhəsiz ki, bəhs edilə bilməzdi.

Bütün əks qütblər bir-birini cəzb edərkən, elm adamları tərəfindən ancaq güclü nüvə qüvvəsi ilə açıqlana bilən atom nüvəsindəki protonların bir-birini itələməməsi Allah’ın bənzərsiz gücünün dəlilidir. Beləliklə, Allah bənzərsiz və sonsuz gücü sayəsində atomun nüvəsində təbiət qanunlarından kənar mövcud olan bir yaradılışla hər şeyin əmələ gəlməsini təmin etmişdir.