35 min illik fleyta tarixin təkamülü iddiasını təkzib edir

35 min illik fleyta tarixin təkamülü iddiasını təkzib edir

Almaniyadakı arxeoloji qazıntılarda tapılan 35 min illik fleyta bu günə qədər tapılan digər fleytalar kimi tarixin erkən dövrlərində yaşayan insanların incəsənət zövqünə malik olduğunu göstərir.

Arxeoloq Nikolas Konardın 12 ayrı hissə şəklində tapdığı qızıl qırğı sümüyündən düzəldilmiş bu fleyta Cənubi Almaniyadakı Hohl Fels mağarasından çıxarılmışdır. 5 dəlikli fleyta kövrək quruluşda olduğuna görə, arxeoloq Konard bu alətin funksionallığını yoxlamaq üçün eyni növ sümükdən həmin fleytadan düzəltmişdir. Bu fleyta ilə qərb musiqisinin əsas forması olan yeddi not ölçüsündən istifadə edərək Amerika Milli Marşını çalmışdır.

Arxeoloqlar həmin mağarada fleyta ilə yanaşı, mamont dişindən düzəldilmiş altı heykəlcik də tapıblar. Hollandiyanın Leyden Universitetindən arxeoloq Uil Robroeks 35 min il əvvəl Avropada inkişaf etmiş sivilizasiyanın hakim olduğunu və bu insanların həyat tərzi ilə dövrümüzdəki insanların həyat tərzində bənzərlik olduğunu açıqlamışdı. Arxeoloq Robroeks bu fleytaları müasir insanların da düzəldib çaldığını deyir. Kanadanın Viktoriya Universitetindən Eyprıl Nouel də bu tapıntıların inkişaf etmiş texnika və ənənənin sübutu olduğunu açıqlamışdır.

Bu arxeoloji tapıntılar darvinistlərin insanların meymunlarla ortaq əcdaddan gəldikləri iddiasını bir daha təkzib edir. Darvinistlər on minlərlə il əvvəl qırıq-qırıq səslər çıxarıb heyvanı həyat tərzi keçirdiyini iddia etdikləri meymunabənzər varlıqların sürü şəklində yaşadıqlarını və bu yolla ağıllı, sosial davranışlar qazandığını iddia edirlər. Halbuki, sürü halında yaşayan təkcə bu “ibtidai varlıqlar” deyil. Qorillalar, şimpanzelər, meymunlar və bir çox heyvan növü sürü şəklində yaşayır. Ancaq bunların heç biri insanlar kimi ağıllı və sosial davranışlar qazanmayıb. Heç biri yeddi not ölçüsündə fleyta düzəltməyib, heykəltəraşlıqla məşğul olmayıb, bir sözlə, ağıl və bacarıq nümayiş etdirməyib. Çünki ağıllı və şüurlu davranış ancaq insanlara xas xüsusiyyətdir. Keçmişdən indiyə qədər izi qalmış on minlərlə illik bu əsərlər də bizim kimi ağıllı və şüurlu, hesablama, planlaşdırma, yaradıcılıq qabiliyyəti olan, Allahın ruh verdiyi insanlar tərəfindən hazırlanmışdır.

Yuxarıdakı 7 min illik divar rəsmindəki fleyta çalan insan fiquru həmin dövrdə yaşayan insanların musiqi biliyinə və mədəniyyətinə, yəni inkişaf etmiş sivilizasiyaya malik olduğunu göstərir.

Təqribən 7 min illik yan tərəfdəki divar rəsmində musiqi aləti çalan insan görünür. Yuxarıdakı rəsmdə isə Botsvanada yaşayan Dzu yerlilərindən biri buna bənzər musiqi aləti çalır. 7 min il əvvəl istifadə edilmiş musiqi alətinin çox bənzərinin bu gün hələ də istifadə edilməsi diqqətçəkəndir. Bu, darvinistlərin iddiasını əsassız edən nümunələrdən biridir. Darvinizmin iddia etdiyi kimi, sivilizasiya daima inkişaf etmir, bəzən min illərlə eynilə qalır. Bu insan 7 min ildən bəri mövcud olan musiqi alətindən istifadə edərkən dünyanın başqa tərəfində ən təkmil musiqi alətləri ilə simfoniyalar bəstələnir. Hər iki mədəniyyət də eyni dövrdə yaşanır.