Zülallar təsadüfən əmələ gələ bilməz,həyat təsadüfən yarana bilməz

Zülallar təsadüfən əmələ gələ bilməz,həyat təsadüfən yarana bilməz

ZÜLALIN ƏMƏLƏ GƏLMƏSİ ÜÇÜN HÜCEYRƏ BÜTÖV ŞƏKİLDƏ OLMALIDIR.

Darvinistlər düsturlarla dolu kitablar yazsalar da, saxta fosillər təqdim etsələr də, yaradılışa dair elmi dəlillərə demaqoqluqla qarşı çıxsalar da, hər tərəfə xəyali şəkillərlə dolu karton afişalar yapışdırıb təkamül sərgisi kimi təqdim etsələr də, bu, onların məğlubiyyətini dəyişdirməyəcək. Çünki darvinistlərin ən böyük kabusu elə həyatın mənşəyidir. Darvinistlər hələ də bir zülalın necə əmələ gəldiyinə dair HEÇ BİR AÇIQLAMA VERMƏYİBLƏR. Bu, ən məşhur təkamülçülərin Riçard Dokinzin, Duqlas Futuymanın, Tim Uaytın və digər bütün darvinistlərin düşdüyü çətin vəziyyəti göstərir. Demaqoqluq bircə zülal qarşısındakı məğlubiyyətlərini aradan qaldırmır. BİRCƏ ZÜLAL DARVİNİZMİ TAMAMİLƏ DARMADAĞIN ETMİŞDİR.

Darvinist demaqoqluğun mühüm xüsusiyyəti bütün kompleksliyinə baxmayaraq, həyatdakı hər şeyi ibtidai göstərmək olduğuna görə, darvinistlər həyatın mənşəyi məsələsini də sadələşdirməyə çalışırlar.

“Palçıqlı suda hüceyrə əmələ gəlib”, “DNT öz-özünə əmələ gələrək çoxalmağa başlayıb” kimi hekayələrin kökündə duran səbəb də budur. Darvinistlər bu yolla insanları daha asan aldadacaqlarını düşünürlər. Lakin özləri də yaxşı görürlər ki, məsələ artıq bu yalan mərhələsini çoxdan keçib. İnsanlar artıq nəinki bir zülalın öz-özünə əmələ gəlməyəcək qədər üstün kompleksliyə malik olduğunu, eyni zamanda zülalın, DNT-nin, RNT-nin və ya hüceyrənin hər hansı bir hissəsinin BÜTÖV HÜCEYRƏ OLMADAN HEÇ BİR İŞƏ YARAMADIĞINI bilirlər.

Bu faktlar darvinizmin məğlubiyyəti baxımından çox mühümdür:

Bir zülalın əmələ gəlməsi üçün DNT lazımdır.

Zülal olmasa, DNT əmələ gəlməz.

DNT olmasa, zülal əmələ gəlməz.

Zülal olmasa, zülal əmələ gəlməz.

Bir zülalın əmələ gəlməsi üçün 60 zülal lazımdır.

Bu zülalların bir dənəsi əksik olsa, zülal əmələ gəlməz.

Ribosom olmasa, zülal əmələ gəlməz.

RNT olmasa, zülal əmələ gəlməz.

ATF olmasa, zülal əmələ gəlməz.

ATF-ni hazırlayan mitoxondri olmasa, zülal əmələ gəlməz.

Hüceyrənin nüvəsi olmasa, zülal əmələ gəlməz.

Sitoplazma olmasa, zülal əmələ gəlməz.

Hüceyrənin orqanoidlərindən biri əksik olsa, zülal əmələ gəlməz.

Hüceyrənin bütün orqanoidlərinin olması və işləməsi üçün də zülallar lazımdır.

Bu orqanoidlər olmasa, əsla zülal əmələ gəlməz.

Bu sistem ancaq birlikdə fəaliyyət göstərə bilər. Biri olmasa, digəri olmaz. Bir hissəsi olsa da, sistemin digər hissələri olmasa, bu hissə heç bir işə yaramaz.

Qısaca desək,

BİR ZÜLALIN ƏMƏLƏ GƏLMƏSİ ÜÇÜN HÜCEYRƏ BÜTÖV MÖVCUD OLMALIDIR. Hüceyrə çox az hissəsini öyrəndiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmasa, BİR ZÜLAL DA ƏMƏLƏ GƏLƏ BİLMƏZ.

Bu zülal öz-özünə əmələ gəlsə də (bu qeyri-mümkündür), heç bir işə yaramaz. Tək başına ətrafda gəzişər və ölər.

Ona görə, Riçard Dokinzin “öz-özünü çoxaldan molekul” iddiası cəfəngiyatdır və ancaq insanları aldatmaq məqsədi daşıyır. İNSAN HÜCEYRƏSİNDƏKİ HEÇ BİR MOLEKUL YARDIMA EHTİYAC OLMADAN, TƏKBAŞINA ÖZ-ÖZÜNÜ ÇOXALTMA QABİLİYYƏTİNƏ MALİK DEYİL.

Kembric Universitetindən elm fəlsəfəsi professoru Stefen C. Meyer “Hüceyrədəki işarə” (Signature in the Cell) adlı kitabında bunu belə izah etmişdir:

1950-60-cı illərdə DNT-nin quruluşu və funksiyası kəşf edildikdən sonra həyata dair yeni radikal anlayış inkişaf etdi. DNT-nin məlumat daşıdığını kəşf edən molekulyar bioloqlar həm də canlı orqanizmlərin genetik məlumatı oxumaq üçün müəyyən sistemlərə malik ola biləcəyindən şübhələndilər. Diskin içindəki rəqəmsal məlumatın o diski oxuyan cihaz olmadan işə yaramadığı kimi, DNT-nin içindəki məlumat da hüceyrənin məlumat oxuma sistemi olmasa, işə yaramaz. (Darvinist) Riçard Levontinin bildirdiyi kimi: “Heç bir canlı molekul (yəni biomolekul) öz-özünə çoxala bilməz... Hüceyrələr ancaq tam halda öz-özünə çoxalmaq istədikləri üçün lazımi cihazlara malik ola bilərlər... Təkcə DNT nə öz-özünü çoxalda bilər, nə də bir şey ortaya çıxarar. Hüceyrənin içindəki zülallar başqa zülallardan təşkil olunmuşdur və bu zülalı təşkil edən cihaz olmadan heç bir şey hazırlana bilməz”. (Stephen C. Meyer, Signiture in the Cell, Harper One, 2009, səh. 132-133)

Richard Dawkins in shekli olmali

Bu izahlara əsasən, son dövrlərdə kosmos dininə sitayiş edən Riçard Dokinzin açıqlamalarının da əsassızlığı bir daha ortaya çıxır. Yer canlı hüceyrəsinin yaşaması üçün kosmosdakı ən uyğun mühitdir. Ancaq bu uyğun şərtlər belə canlı hüceyrənin öz-özünə əmələ gəlməsinə imkan vermir. Riçard Dokinz yeni həll yolu axtarmış və bu öz-özünə çoxalan molekulun kosmosda əmələ gəldiyini və daha sonra yer üzünə gəldiyini iddia etmişdir. Əvvəla, belə bir canlı molekulu öz-özünə əmələ gələ bilməz. İkincisi, yuxarıda bildirdiyimiz kimi, canlı molekulun dünyada belə öz-özünə çoxalma qabiliyyəti yoxdur. Belə ki, bütün bunları anlayan Riçard Dokinz də nəhayət belə bir molekulun üstün ağıl tərəfindən yaradıldığını qəbul etməli olmuşdur. (Ben Stein, Expelled “No Intelligent Allowed”, 2008, movie)