Meymun və insan geninin 99% oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

Meymun və insan geninin 99% oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

Bir çox təkamülçü mənbədə insanla meymun geninin  99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiaları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə, insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində, bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları yanıldan təbliğatdır.

Əvvəla, qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99% oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insan kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. Əslində isə belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır.

Əslində, müəyyən zamanlarda gündəliyə gətirilən insan və meymun genlərinin 99% oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təbliğat xarakterli şüardır. Bu oxşarlıq iddiası insanda və şimpanzedə olan 30-40 arasındakı əsas zülaldakı amin turşusu düzülüşünün oxşarlığına əsaslanaraq aparılmış şişirdilmiş ümumiləşdirmədir.

Əslində, insanda 30 minə yaxın gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə, 100 min zülalın sadəcə 40 dənəsinin oxşarlığı ilə insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etmək üçün heç bir elmi əsas yoxdur. Sözügedən 40 zülala gəldikdə isə onların üzərində aparılan DNT müqayisəsi hələ mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və “Molekulyar təkamül” jurnalında dərc edilmişdir. Ancaq sonradan bu iki bioloqun verdiyi faktları tədqiq edən Sariç adlı alim istifadə etdikləri üsulun etibarlılığının mübahisəli olduğunu və faktların şişirdilmiş olduğu qənaətinə gəlmişdir.

 

İnsan DNT-si soxulcan, milçək

 və ya toyuğa da bənzəyir!

 

Yuxarıda bəhs etdiyimiz əsas zülallara gəldikdə, digər bir çox müxtəlif canlılarda da bu əsas zülallar ortaq həyati molekullardır. Təkcə şimpanzedə deyil, ümumilikdə müxtəlif canlılardakı eyni cür zülalların quruluşu insandakılarla çox oxşardır.

“New Scientist” jurnalında verilən genetik təhlillər nematod soxulcanları və insan DNT-lərində 70% oxşarlıq olduğunu ortaya qoymuşdur. Bu, əlbəttə, insanla bu soxulcanlar arasında sadəcə 25% fərq olduğu mənasına gəlmir!

Digər tapıntı türk mətbuatında da xəbər verilən drosophila növünə aid meyvə milçəklərinin genləri ilə insan genləri müqayisə edildikdə 60% oxşarlıq təşkil etməsidir.

İnsanla meymun arasındakı genetik oxşarlıq barədə təkamülçü mənbələrdə yer alan digər nümunə isə insanda 46, şimpanzedə isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinə  dəlil kimi göstərirlər. Bu məntiq əsaslıdırsa, insana şimpanzedən daha yaxın qohumun varlığı qəbul edilməlidir: kartof! Çünki kartofun da insan kimi 46 xromosomu var.

İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamülçülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələrinin molekulyar səviyyədə olmadığı görünür. Bu həqiqət genetik oxşarlıq qavrayışının təkamül nəzəriyyəsinə dəlil vermədiyini göstərir.

 

Oxşarlıqlar nə üçün təkamülə dəlil deyil?

 

Təkamülçülərin şimpanze ilə insan geni arasında  99% oxşarlıq olduğu iddiası göründüyü kimi şişirdilmiş bir iddiadır. Ancaq iki fərqli növdəki canlı 99% oxşasa da, bu ikisi arasında təkamül əlaqəsi qurula bilməz. Çünki genetik tədqiqatlar növlərin çox xüsusi şifrlərə malik olduqlarını göstərir. Bu şifrlərdə meydana gələn ən kiçik dəyişiklik belə o növə ölümcül təsir edə bilər. Həm də canlılardakı bu xüsusi quruluş genetik şifrin funksionallığı ilə əlaqədardır.

Bunu başa düşmək üçün bir-birinə bənzəyən iki canlı növü ilə bir-birinə bənzəyən iki binanı müqayisə edək. Təkamülçülərin iddiası genetik oxşarlıq olduğuna görə, bunu bir növ canlının layihəsi kimi qiymətləndirək. İki canlının və iki binanın layihələrinin 99% eyni olduğunu qəbul edək. Sonra da bu layihələrə əsaslanaraq ortaya çıxan canlıların formalarını və binaların quruluşlarını bir-biri ilə qarşılaşdıraq. Nəticədə, genetik quruluşları 99% eyni olan canlılar arasında əvəz edilməsi mümkün olmayan quruluş və funksiya fərqliliyinə baxmayaraq, layihələri 99% eyni olan binalar bir-birinə bənzəyəcəkdir.

Həm canlılar, həm də binaların layihələrində 1%-lik fərqin  olduğuna baxmayaraq, nə üçün binalar bir-birinə çox bənzəyir, ancaq canlılar bənzəmir? Bunun səbəbi genetik quruluşların fəaliyyətidir. Pleyotropiya adlanan genetik qanun haqqında məlumat bu mövzuya açıqlama gətirir. Bu qanuna görə, canlı orqanizmlərində olan bir gen birdən çox xüsusiyyətə təsir edir. Bir xüsusiyyət isə birdən çox gen tərəfindən idarə edilir.

Bu, o deməkdir ki, iki canlı növünün genetik quruluşları arasındakı fərq 1% olsa da, bu fərq, əslində, çox şeyə təsir göstərir. Çünki bina layihəsindəki 1% fərq quruluşda 1% fərq edirsə, canlı layihəsi, yəni genetik quruluşları arasındakı 1% fərq o iki canlının quruluşu arasında çox böyük fərqin olmasına gətirib çıxarır. Çünki canlıların fərqli olan 1%-lik genetik hissələri oxşar olan 99%-lik genetik quruluşda kodlanan xüsusiyyətlərə müdaxilə edir.

 

Oxşarlıqların səbəbi: ortaq yaradılış

 

Əlbəttə, insan bədəninin digər canlılarla molekulyar oxşarlıqları olacaqdır. Çünki eyni molekullardan əmələ gəlmişdir, eyni suyu və atmosferi istifadə edir və eyni molekullardan əmələ gələn maddələrlə qidalanır. Əlbəttə, metabolizmin və dolayısilə, genetik quruluşlarının bənzəməsi də təbiidir. Ancaq bu “ortaq xammal” bir təkamülün deyil, ortaq yaradılışın, yəni hamısının eyni plan üzrə yaradıldıqlarının nəticəsidir.

Bir misal mövzunu daha da açıqlaya bilər: dünyadakı bütün körpülər də oxşar xammalla (kərpic, dəmir, sement və s.) ilə tikilir. Ancaq bu, körpülərin bir-birlərindən təkamül keçirərək əmələ gəlməsi demək deyil. Ortaq xammaldan istifadə edərək ayrı-ayrı inşa edilirlər. Canlıların vəziyyətini də buna bənzətmək olar. Ancaq əlbəttə, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.

Həyat təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, şüursuz təsadüflərlə deyil, sonsuz bilik və ağıl sahibi Allah’ın yaratması ilə meydana gəlmişdir.