Toxumda olan sirr

Toxumda olan sirr

Toxumları digər cisimlərdən fərqləndirən çox mühüm xüsusiyyətlər vardır. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, formasının necə olacağına, qabığının nə rəngdə və qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, formalarına, rənglərinə aid (qısaca bir bitkiylə əlaqədar ola biləcək) bütün məlumatlara sahib cisimlərdir.

Qarpız çəyirdəyindəki dizaynı araşdıran insan çox mühüm gerçəklə qarşılaşacaq. Bu kiçik çəyirdəyin içində, dadıyla, qoxusuyla, qoruyucu qabığıyla qüsursuz bir meyvənin məlumatlarının yerləşdirilməsi yaradılış möcüzəsidir.

Bəs toxum haqqında heç bir məlumata sahib olmasaydıq və bu cismi ilk dəfə görsəydik, nə işə yaradığını da bilməsəydik toxumların içindən biri-birinə bənzəməyən saysız-hesabsız bitkinin çıxa biləcəyini, bu bitkilərin bir qisiminin də metrlərlə yüksələ biləcəyini təxmin edə bilərdikmi? Təbii ki, belə bir şeyi təxmin edə bilməzdik. Quru taxta parçası görünüşündəki cisimdən xoş ətirli , cürbəcür rənglərə və formalara sahib saysız-hesabsız çiçəyin, çobanyastığı çiçəklərinin, lalələrin, nərgizlərin, bənövşələrin çıxacağını düşünə bilməzdik. Cürbəcür meyvələrin, şaftalının, hindqozunun, armudların, heyvanın, tutun, əriyin yenə bu toxumların meydana gətirdiyi ağaclarda yetişəcəyini, kiçik qara, qəhvərəngi, ya da sarı cisimlərin böyürtkənləri, portağalları, naringiləri, qarpızları, ərikləri, bibərləri, pomidorları əmələ gətirəcəyini xəyal belə edə bilməzdik.