Heç bir rəngin olmadığı qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz?

Heç bir rəngin olmadığı qapqaranlıq bir dünyada  yaşamaq  necə   olardı, heç    düşünmüsünüz?

Canlılar  işıq və duyğu sistemlərinə görə işləyən "rəng dili"nə malikdirlər. Hər canlı yaşadığı mühitdəki rənglərin dilini bilir. Bu incə  sistemi  və   canlılar  arasındakı   uyğunluğu   yaradan  bütün   aləmlərin  Rəbbi  olan  Allah’dır. Bir anlıq   bütün  ön mühakimələrinizdən   xilas  olaraq, indiyə qədər öyrəndiyiniz hər şeyi bir  kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı  insanların, dənizlərin, səmanın, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu  təsəvvür  etməyə  çalışın. Ətrafınızda   heç  bir   rəngin   olmadığını  düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin  heç  rəngi  olmasaydı, nələr hiss edərdiniz?

Belə  bir   dünyada  yaşamağı  heç   istəməzdiniz, elə  deyilmi?

Yer  üzündəki  və  səmadakı  hər  təfərrüat, hər  naxış, hər rəng insanın bu nizamı anlayıb qavraması və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər  insan  ruhuna zövq verəcək şəkildə təşkil edilmişdir. Həm  canlılarda, həm də cansız  dünyada  qüsursuz  simmetriya  və  rəng  ahəngi var. Bunun  üzərində düşünən  insanın  ağlına   çox  vacib  bəzi  suallar  gələcək.

Yer  üzünü rəngli  edən  nədir?

Dünyamızı  qeyri-adi dərəcədə  gözəl edən  rənglər  necə  əmələ gəlir?

Yer  üzündəki  rəng  müxtəlifliyini  və  rənglər  arasındakı  uyğunluğu kim   dizayn  edib? Bütün bunlar  təsadüflər  zəncirinin  meydana  gətirdiyi  məqsədsiz  dəyişikliklərlə  meydana  gələ  bilərmi? Əlbəttəki, belə  birşeyi  heç  kim  söyləyə bilməz. Təsadüflər nəinki  milyonlarla  rəngi, heç  bir şeyi meydana  gətirə  bilməz. Məsələn, kəpənəyin qanadları  və ya  hər biri bir rəsim əsərindəki rəngarəng çiçəklər  haqqında  düşünün. Əlbəttə, ağıl  sahibi insan bunların  şüursuz təsadüflər nəticəsində meydana gəldiyini  söyləməz.

Göründüyü  kimi, bu, açıq-aşkar korluqdur. Bir az düşünməyə başlayıb bu korluqdan xilas olan insan isə dünyada  çox  möcüzəvi  mühitdə  yaşadığını  dərhal  anlayacaq. Həyatı üçün ən  uyğun  şəraitə sahib olan  bu  mühitin  təsadüfən  meydana  gələ  bilməyəcəyinə  də tam əmin  olacaq.

Düşünən  insan  bir  rəsm əsərinin  mütləq  rəssamının  olduğunu ilk baxdığı  anda  anladığı kimi, ətrafındakı  rəngarəng, parlaq, simmetrik  və  çox  estetik  mühitin  bir  Yaradanı  olduğunu da anlayar.

Rənglərin dili

Rənglər ətraf mühiti tanımaqda insanlar üçün vacib olduğu kimi, eyni şəkildə digər canlıların həyatlarını davam etdirmələri üçün də vacibdir.

Canlılar işıq və duyğu sistemlərinə görə işləyən "rəng dili"nə malikdirlər. Yəni hər canlı növü üçün rənglərin ifadə etdiyi mənalar fərqlənir. Hər canlının həyatını davam etdirməsi üçün yaşadığı mühitdəki rənglərin dilini bilməsi zəruridir. Çünki həyati fəaliyyətlər ancaq bu dilin qavranılması ilə istiqamətləndirilir.

Canlılar rəng dilindən necə istifadə edirlər?

Əvvəla, canlıların böyük əksəriyyəti qida tapmaq üçün rənglərin köməyinə ehtiyac duyurlar. İkincisi, dəri, pulcuq və ya kürk kimi orqanların rəngləri xüsusilə temperaturu yaymaq və ya saxlamaq kimi xüsusiyyətləri ilə canlılar aləmi çox mühüm rol oynayırlar. Həmçinin canlılar düşmənlərindən qorunarkən də rənglərindən istifadə edirlər. Yaşadıqları mühitə uyğun rəngləri sayəsində kamuflyaj olur, düşmənlərindən gizlənə bilirlər. Rəngləri və naxışlar; düşmənlərini yanıldan görüntü meydana gətirir. Rənglər vasitəsilə canlılar balalarını da asanlıqla tanıyırlar. Məsələn, ana quş balasının qida ehtiyacını dimdiyinin rəngi sayəsində anlayır. Eyni şəkildə bala da anasını bu şəkildə tanıyır və qidanın gəldiyini başa düşür. Təbiətdəki bu nümunələrdən də göründüyü kimi, canlılar həyatlarını davam etdirə bilmək üçün rənglərin mənalarını düzgün qavramalıdırlar. Bu məlumatı doğru qəbul edə bilmələri üçün də bunu qəbul edə biləcəkləri uyğun sistemlərə sahib olmaları lazımdır.

Əgər bu sistemlər olmasa ətraf aləmianlamaz və həyatlarını davam etdirmələri üçün lazım olan fəaliyyətləri həyata keçirə bilməzdilər. Başqa sözlə, ətraf aləmdən qopar, ölümə məhkum olardılar.

Hər sistem, hər uyğunluq, hər dizayn, hər proqram, hər plan, hər müvazinət bir nizamlayıcı tərəfindən yaradılmalıdır. Bu müvazinəti ən mükəmməl şəkildə canlılara və yaşadıqları mühitə yerləşdirən bir iradə və güc mütləq var. Bu gücün sahibi aləmlərin Rəbbi olan Allah’dır.