Darvinizm elm deyil,təbiəti ilahlaşdırmış şaman dinidir

Darvinizm elm deyil,təbiəti ilahlaşdırmış şaman dinidir

Təkamül nəzəriyyəsi irəli sürüldüyü gündən etibarən bir çox elm sahəsindəki nailiyyətlər bu nəzəriyyənin iddialarını bir-bir təkzib etmişdir. Buna baxmayaraq, nəzəriyyə hələ də müdafiə edilir. Elmi nəzəriyyənin əsassız olduğu sübut edildikdə elmi ədəbiyyatdan çıxarılır və müzakirə edilmir. Ancaq darvinizmdə vəziyyət fərqlidir. Təkamül əleyhində olan dəlillər nə qədər güclü və qəti olsa da, təkamülçülər bunları görməməzliyə vurur və inanclarını təkidlə müdafiə edirlər.

Oda, ulduzlara, günəşə sitayiş, yadplanetlilər tərəfindən yaradılma fikri və bəzi heyvanları müqəddəs hesab etmək elmdənkənar olduğu kimi, darvinizm də qeyri-elmi nəzəriyyədir. Çünki bu batil inanclar kimi darvinizm də bütləri və saxta ilahları olan bir dindir.

Darvinizmin ən əsas bütü təsadüflərdir. Hansı darvinist əsəri oxusanız, təkamülçülərin həmin  bütün güc  və qabiliyyətləri  haqqındakı iddialarını görərsiniz. Təsadüf bütü darvnizmin həyat damarı, köküdür.

Təkamülçülər təsadüf bütünün hər şeyi bir ölçü ilə etdiyini iddia edirlər. Onların fikrincə, bu büt hər şeyi düşünür, hər addımı əvvəlcədən ölçüb-biçir, hesablayır.

Təkamülçülər qeyri-adi qüvvəyə inanırlar. Maddəni ilahlaşdırırlar. Maddənin canlıları əmələ gətirdiyinə, bir canlının başqa bir canlı meydana gətirdiyinə inanırlar. Elm bunları inkar edir, ancaq darvinistlər üçün bunlar inkaredilməz həqiqətlərdir.

Darvinizm cəfəngiyyat və yalanlar üzərində qurulmuş qədim şaman dinidir. İslama qarşı bu şirk dini gətirilmişdir.

Darvinist şaman dininə görə, torpaq, su, daş, qaya eşidir, hiss edir, qoxulayır, rəngləri qavrayır.

Darvinizm dininin əsasını elmə və ağıla zidd olan batil təsadüf inancı təşkil edir. Əslində, insan ağılla düşünsə, heç bir kompleks canlının öz-özünə, təsadüfən əmələ gəlmədiyini, mütləq şüurlu planın məhsulu olduğunu anlayar. Ancaq eynilə öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş edən bütpərəstlər kimi darvinistlər də saxta tanrılara inanırlar.

Darvinistlərin qəbul etdiyi batil inancla qədim bütpərəstlərin inancları bir-birinə çox bənzəyir. Bütpərəstlər cansız bütlərin bütün varlıqları yaratdığına inandıqları kimi, təkamülçü və materialistlər də cansız maddənin bəzi təsadüflər nəticəsində bütün canlıları və onların özlərini yaratdığına inanırlar (Allahı tənzih edirik).

Şagirdlərə biologiya adı altında darvinist şaman dininin öyrədilməsi qəbuledilməzdir. Bu dindən təmizlənmiş elm sahəsi olaraq biologiya təhsili verilməlidir.

İftira, hədə-qorxu ilə təkamül sübut edilə bilməz. Bir dəlil varsa, ortaya qoyular, beləliklə, hər kəs doğru ilə yanlışı asanlıqla anlayar.

Təkamülçülərin əllərində nəzəriyyələrini dəstəkləyən fosil varsa, onu göstərməlidirlər. Bunu etmirlərsə, təkamülü müdafiə etməkdən əl çəkməlidirlər. Ara fosil yoxdur, çünki belə bir şeyin olması qeyri-mümkündür. Tapılan yüz milyon fosilin hamısı yaradılışı sübut edir. Təkamül iddiasını dəstəkləyən bircə dənə də ara keçid forması olan fosil yoxdur. Darvin özü əgər ara keçid forması, fosil yoxdursa, nəzəriyyəsinin əsassız olduğunu söyləmişdir.

Bu günə qədər təkamülçülərin göstərdiyi hər fosil saxta və ya etibarsız olmuşdur. Məsələn, Piltdaun adamı fosili saxta çıxmış, Nebraska adamı fosilinin, əslində, donuz dişi olduğu məlum olmuş, Coelacanth fosilinin normal balıq olduğu üzə çıxmışdır. İnsanın təkamülü hekayələrinə dəlil kimi göstərilən bütün kəllə sümükləri və sümük parçalarının bügünkü insanlara və ya keçmişdə yaşamış, ancaq nəsli kəsilmiş meymun növlərinə aid olduğu sübut edilmişdir.

Elmi faktlar darvinist şaman dininin iddialarını təkzib edir

Darvinist şaman dininə əsasən, ilk canlı öz-özünə əmələ gəlmişdir.

Müasir elmə əsasən, canlılar təsadüfən əmələ gələ bilməz. Nəinki bir canlı, bircə canlı hüceyrə, hətta bircə zülal belə təsadüfən əmələ gələ bilməz. Bir zülalın təsadüfən əmələ gəlmə ehtimalı 10950-də 1-dir. Bu isə sıfır ehtimal deməkdir.

Darvinist şaman dininə əsasən, canlılar bir-birlərindən əmələ gəliblər.

Müasir elmə əsasən, canlılar bir-birlərindən əmələ gələ bilməzlər. Hər canlının özünəməxsus xüsusiyyəti var. Bu xüsusiyyətlərin başqa bir canlıya çevrilərkən yavaş-yavaş dəyişməsi qeyri-mümkündür.

Darvinist şaman dininə əsasən, fosillər təkamülü dəstəkləyir.

Müasir elmə əsasən, fosillər təkamülün deyil, yaradılışın dəlilidir. Bu günə qədər təqribən 350 milyon fosil tapılmışdır. Bunların hamısı mükəmməl canlılara aiddir. Canlıların təkamül keçirdiyini göstərən heç bir fosil yoxdur.

Darvinist şaman dininə əsasən, canlılar mutasiyalarla müxtəlifləşmişdir.

Müasir elmə əsasən, mutasiyalar canlıları məhv edir, canlıları fərqli etmir. Ya öldürür, ya da şikəst edir.

Darvinist şaman dininə əsasən, insanlar meymunabənzər varlıqlardan əmələ gəliblər.

Müasir elmə əsasən, meymunlar və insanlar ayrı-ayrı canlılardır. Bir-birləri ilə heç bir nəsil əlaqələri yoxdur. Fiziki bənzərliklərlə bərabər təkamülçü iddialarla açıqlana bilməyən çox böyük fərqləri var.

Darvinist şaman dininə əsasən, təbii seçmə təkamülə dəlildir.

Müasir elmə əsasən, təbii seçmə təbiətdə mövcud olan sistemin bir hissəsidir. Bir canlını təkmilləşdirmir və yeni canlılar meydana gətirmir.