İnsan beyninin sirləri:Beyinin müdafiə funksiyaları

İnsan beyninin sirləri:Beyinin müdafiə funksiyaları

Beyin bütün bədənimizi idarə edən orqan olduğu üçün bu orqanda meydana gələn ən kiçik zədə belə qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Beyində 1 mm-lik hissə zədə aldıqda bir çox hüceyrə və hüceyrə rabitəsi məhv edildiyinə görə, hərəkət, hiss və hafizə kimi əsas proseslərdə ciddi problemlər yaranır.

Ancaq zədələnmələrin qarşısını alan tədbirlər də bizim üçün əvvəlcədən hazırlanmışdır. Lazımi bərkliyə malik kəllə sümüyü beyini qoruyur. Beyindən başqa heç bir orqan kəllə sümüyü kimi bir quruluşla xüsusi mühafizə olunmamışdır. Mümkün zərbələrə qarşı görülən bu tədbir sayəsində beyin həyati funksiyalarını mükəmməl yerinə yetirir. Sümük hüceyrələrinin beyinin varlığından, orqanizm üçün əhəmiyyətindən xəbərdar olması və bu şüurla beyinə təzyiq göstərmədən, sıxmadan əhatə edərək birləşməsinin bir açıqlaması var: şüurlu yaradılış. Ön mühakiməsiz düşünən hər ağıllı insan bu cür dizaynın kortəbii təsadüflərin nəticəsi olmayacağını bilər.

Beyinin müdafiəsinə misal olaraq beyinin qan ehtiyacını təmin edən sistemi də göstərə bilərik. Beyin orqanizmdəki bütün prosesləri idarə edir. Ona görə də sabit qan ehtiyacı olan orqandır. Beyinin ehtiyacı olan qan mütləq təmin edilməlidir. Beyinin bu həyati ehtiyacı qeyri-adi nəzarətlə təmin edilir. Bir qanama baş verdikdə, digər bütün orqanlara qanın göndərilməsi dayandırılsa belə, bir çox sinir beyinə qanın ötürülməsi üçün hərəkətə keçir və damarların diametri buna uyğun tənzimlənir. Bəzi orqanlara gedən qan müvəqqəti dayandırılır və qanın axını beyinə gedən damarlara istiqamətləndirilir.

Bu möcüzəvi faktlar qarşısında təkamülçülər beyinin mərhələli inkişafı iddiası ilə bağlı heç bir əsaslı açıqlama verə bilmirlər. Bu çarəsizlik içində uydurma izahlarını daha da artıraraq “ehtiyac olduğundan” beyinin qorunmalı olduğunu və təsadüflərin bu ehtiyaca dərhal cavab verdiklərini iddia edirlər. Əlbəttə, kortəbii şüursuz təsadüflərin belə bir ehtiyacı müəyyən etməsi, məhz vaxtında kəllə sümüyü kimi xüsusi müdafiə sistemini meydana gətirməsi qeyri-mümkündür. Bundan əlavə, kəllə sümüyünün təsadüfən, müdafiə məqsədilə əmələ gəldiyini iddia edən təkamülçülər, əvvəlcə, kəllə sümüyü əmələ gələnə qədər beyinin necə qorunduğunu və varlığını davam etdirdiyini açıqlamalıdırlar. Çünki kəllə sümüyü olmadan beyinin varlığını davam etdirməsi və ya funksiyalarını yerinə yetirməsi qeyri-mümkündür.

Bunun tam əksini, yəni təkamül ssenarisinə görə, əvvəlcə, kəllə sümüyünün əmələ gələrək daha sonra içində təsadüfən beyinin əmələ gəldiyini fərz edək. Bu zaman da təkamülçülər məqsədsiz kəllə sümüyünün varlığını açıqlamalıdırlar. Çünki məlum olduğu kimi, təkamülçü iddiaya əsasən, hər şey ehtiyaclara əsasən müəyyən edilir və təsadüflər yolu ilə bu ehtiyaclar təmin edilir. Məqsədsiz bir orqanın və ya mexanizmin isə mövcud olması və varlığını davam etdirməsi mümkün deyil. Bu halda, təsadüflər gələcəyi görərək beyinin həssas quruluşunu nəzərə almalı və buna uyğun müdafiə sistemini eyni anda əmələ gətirməlidirlər. Əlbəttə, ağıllı və dərrakəli insan bu iddiaların reallaşdığına inanmaz.

Burada mühüm bir cəhəti vurğulamaq lazımdır. Nə qədər qeyri-mümkün olsa da, təkamülçülərin xəyali ssenarilərinə əsasən, beyin mərhələ-mərhələ əmələ gəlmişdir. Onda kəllə sümüyü də bu mərhələlərə uyğun olaraq əmələ gəlməlidir. Halbuki yer üzündə mövcud olan bütün kəllə sümüyü fosilləri ən təkmil şəkildə mövcuddur. Heç bir zaman natamam və ya yarımçıq kəllə sümüyü fosilinə rast gəlinməmişdir.

Burda insan kəllə sümüyü fosilləri şəkillləri ola bilər

Təkamülçü fərziyyələri canlandırmaq üçün təsadüflərin “düşündüklərini”, “hazırlıq gördüklərini”, “gələcəyə aid planlar qurduqlarını” və bəzi üstün xüsusiyyətlərə malik güc olduqlarını fərz etmək lazımdır. Təkamülçülərin “təsadüfləri” təsadüfən meydana gəlsələr də, sanki şüurludurlar və hər işi planlı şəkildə edirlər. Bu təsadüflər hər şeyi düşünür, insanların belə hesablamadığı detalları hesablayır, uzaqgörən davranırlar. Bundan əlavə, təkamülçülərin xəyalındakı təsadüflər, adətən, səhvə yol vermirlər. Dünyanın ən qabaqcıl elm adamları və texnikləri birləşərək XXI əsrin texnologiyasına malik olduqları halda, beyinin iş sisteminə yaxın alət icad edə bilmirlər, təkamülçülərin təsadüfləri isə milyardlarla hüceyrənin arasından trilyondan çox xəbərləşmə şəbəkəsini qura biliblər. Əlbəttə, bu iddialara  inanmaq mümkün deyil.

İnsan beyni ve komputer sistemi arasinda elaqeni gosteren şəkil ola bilər

Təkamül nəzəriyyəsinin əsassızlığı dəfələrlə sübut olunsa da, hələ də təsadüflərin şüurlu hərəkət etdiklərinə dair uzun ssenarilərin uydurulması bu cəfəngiyatı danışanları gülünc vəziyyətə salır. Beyindəki dizaynın təsadüfən əmələ gəlməsi, əlbəttə, mümkün deyil. Bütün bu həssas tarazlıqları qüsursuz nizam içində yaradan hər şeyin Yaradanı olan Allahdır. Quran ayələrində bu həqiqət insanlara belə xatırladılır:

Ey insan! Səni kərim olan Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)