Balinalar təyyarə texnologiyasına yol göstərir

Balinalar təyyarə texnologiyasına yol göstərir

Qozbel balinaları digər balina növlərindən fərqləndirən ən mühüm xüsusiyyət sanki dilikli qayçı ilə kəsilmiş girintili-çıxıntılı üzgəcləridir. Balina üzgəclərinin bu fərqli quruluşu elm adamlarının diqqətini cəlb etmiş və üzə çıxan bəzi suallara cavab axtarmağa başlamışlar. Bu xüsusi formanın balinaya nə təsiri var? Bu forma elm adamlarına hansı sahədə ilham mənbəyi olmuşdur?

Hər şeyi qüsursuz yaradan Allah canlılarda bizi heyrətə salan bir çox xüsusiyyət yaradır. Bu xüsusiyyətləri araşdırdıqca Allah`ın yaratmasındakı üstün sənət, elm və qüdrəti görürük. Yaxın illərdə elm adamlarının böyük balina növü ilə bağlı apardıqları tədqiqatlar da canlılardakı bu detalların göstərdiyi mühüm həqiqəti üzə çıxardı.

Balina üzgəclərinin xüsusi formasının sirri nədir?

Latınca adı “Megaptera novaeanglie” olan böyük balinalar digər balina növləri ilə müqayisədə akrobatik hərəkətlər etmələri ilə tanınırlar. Bu balinaların üzgəcləri girintili-çıxıntılıdır. Üzgəclərin bu formasının nə işə yaradığı əvvəllər bilinmirdi. Aparılan tədqiqatlar bu xüsusi formanın xüsusi yaradılışdan qaynaqlandığını göstərdi. Çünki bu quruluş balinaya daha əlverişli hərəkət imkanı verirdi.

Balina üzgəclərindən təyyarə qanadlarına

Dövrümüzdə təyyarə qanadlarının hamar və düz forması var. Dyuk Universitetinin tədqiqatçıları bu balina növünün üzgəclərinə əsaslanaraq indiyə qədər istifadə edilən dizayndan fərqli yeni model hazırlayıblar.

Mühəndislər dilikli formaların əlavə edilməsi ilə hazırlanan model ilə diliklərin olmadığı modelləri müqayisə etdilər. Dilikli qanadların dayanma bucağının diliksiz qanadlara nisbətən 40% daha yaxşı olduğu müəyyən edildi.1  Bundan əlavə, havanın dilikli formaları 8% daha artıq yuxarı qaldırdığı məlum oldu. Digər üstünlük isə geriyə sürümə qüvvəsinin bu modeldə 32% daha az olması idi. Tədqiqatı aparan elm adamlarından L.E.Haul artan qaldırma qüvvəsinin və azalan geriyə itələmə qüvvəsinin bərabərzamanlı şəkildə əldə edilməsinin aerodinamik faydalılığı artırdığını ifadə etdi.

 

Diliklər təyyarə qanadlarının uçuş səmərəsini necə artırır?

Elm adamları sistemin detallarını tədqiq etdikdə dilikli formaların qanad üstündə fırlanan hava girdablarına səbəb olduğunu müəyyən etdilər. Bu hava girdabları qanadın üstündəki havanın yayılaraq arxa tərəfə getmədən qanadlardan uzaqlaşmasının qarşısını alır. Bu isə təyyarənin daha dik bucaq altında dayanmasını və daha yüksək qaldırma qüvvəsinə malik olmasını təmin edir. (Mənbələr: 1- Physics of Fluids – May 2004 – Volume 16, Issue 5, pp. L39-L42, 2- Mimicking Humpback Whale Flippers May Improve Airplane Wing Design)

Balina üzgəcləri və yaradılış

Bütün bu texniki xüsusiyyətlər göstərir ki, balinaların digər bütün xüsusiyyətləri kimi üzgəclərindəki diliklər də təsadüflərin əsəri ola bilməz. Təbiətdəki hər detal kimi, onlar da ancaq müəyyən məqsəd üçün yaradılıb. Göylərin, yerin və ikisi arasındakıların Yaradanı sonsuz elmi ilə əhatə etdiyi bütün kainatı heyranlıq doğuran qüsursuz detallarla birlikdə yaratmışdır.