Stromatolitlər:Təkamül nəzəriyyəsini təkzib edən 3.9 milyard illik canlılar

Stromatolitlər:Təkamül nəzəriyyəsini təkzib edən 3.9 milyard illik canlılar

Elmə məlum olan ən qədim canlı fosilləri təqribən 3.9 milyard il əvvəl yaşamış bakteriyalara aiddir. Buna görə, təkamülçülər cansız maddələrin öz-özünə, kortəbii təsadüflər nəticəsində əvvəlcə təkhüceyrəli bakteriyaları meydana gətirdiyini iddia edirlər. Bu nağılı dəstəkləmək üçün  darvinistlər ilk bakteriyanı öz ağıllarına görə ibtidai adlandırırlar. Onların fikrincə, ibtidai xüsusiyyətlərə malik bu canlıya müxtəlif mühit və şərtlər təsadüfən təsir etmiş və daima müsbət yönlü dəyişikliklər keçirmiş, bəzi möcüzəvi xüsusiyyətləri, məsələn, öz qidasını hasil etməyi, meyoz üsulla bölünərkən birdən mitoz üsulla çoxalmağa başlamağı təsadüfən öyrənmişdir. Bu şüursuz bakteriya bununla da kifayətlənməyib düşünmüş, müxtəlif qərarlar verərək koloniyalar təşkil etmiş, habelə, digər bakteriyalarla biokimyəvi rabitə qurmuş və nəhayət indiki canlılar aləmini əmələ gətirmişdir. Darvinistlərin bu ağıl və məntiqdən kənar iddiası elmin inkişaf etmədiyi dövrlərdə qəbul edilmiş və elmi həqiqət kimi təqdim edilmişdir. Ancaq XXI əsrdə bu vəziyyət dəyişmişdir.

Dövrümüzdə elm dünyasındakı irəliləyişlər ilk ibtidai bakteriya iddiasını bir anda alt-üst etmişdir. Çünki inkişaf edən texnologiya işığında aparılan tədqiqatlar yer üzünün ən kiçik canlılarının darvinistlərin iddia etdiyi kimi ibtidai canlılar olmadığı, çox mühüm kompleks xüsusiyyətlərinin olduğu və ancaq üstün ağıl və bənzərsiz elm ilə bir anda yaradıldığı üzə çıxmışdır. Elm bütün canlılar kimi bakteriyaları da Allah’ın yaratdığını aşkar etmişdir.

Bakteriyaların varlığı yer üzündəki həyat üçün labüddür

Şəkillərdə 3 növ sianobakteriya (göy-yaşıl yosunlar) görünür (a – Oscillatoria b- Nostoc  c- Gleocapsa). Təmiz sularda yaşayan bu bakteriyaların çox kompleks xlorofil sistemi var. Demək olar ki, bitki xloroplastları qədər mürəkkəb olan bu sistem sayəsində göy-yaşıl yosunlar fotosintez prosesini həyata keçirirlər. Nostoc sianobakteriyaları, eyni zamanda, azot fiksasiyasında da mühüm rol oynayırlar.

Gözlə görünməyən tərkib hissələrindən ibarət fasiləsiz işləyən və həyatımıza dəstək olan kimya laboratoriyası bütün təbiəti bürüyüb. Hər biri bir yaradılış möcüzəsi olan bakteriyalar da təbiətdən laboratoriya kimi istifadə edən peşəkar kimyaçılardandır. Bakteriyaların xüsusiyyətlərinin böyük qismi hələ elmə məlum deyil. Çünki bu canlıların 0.001 mm-ə yaxın ölçüsü daxili quruluşlarının lazımınca tədqiq edilməsinə mane olur. Buna baxmayaraq, əldə edilən faktlar bu canlılardakı sistemləri bizə tanıdır.

Bakteriyalar təkamülçülərin irəli sürdüyü kimi ibtidai deyil, əksinə, mərhələli təkamül prosesi ilə əmələ gəlmədiklərini sübut edən mürəkkəb quruluşdadırlar. Təbiətdə hər biri müxtəlif xüsusiyyətə malik bakteriya növləri var. Sianobakteriyalar isə bütün bu müxtəlif xüsusiyyətlərini daşıyan ən kompleks bakteriya növüdür. Ancaq bu tərif sianobakteriyaların xüsusiyyətləri və həyata keçirdiyi reaksiyaları açıqlamaq üçün kafi deyil. Sianobakteriyalar xüsusi hüceyrə quruluşuna və kompleks hüceyrədaxili rabitə sistemlərinə malikdirlər.

Sianobakteriyalar 3.9 milyard il əvvəl də mükəmməl fotosintez edən, azot fiksasiyasını (qaz halında istifadəyə yararsız azotun istifadəyə yararlı birləşmələrə çevrilməsi) həyata keçirən, bakteriya qamçısı (flagella) olmadan hərəkət edən, bu hərəkəti həyata keçirmək üçün zülallardan istifadə edən, bir sözlə, tam mütəşəkkil möcüzəvi canlılardır.

Sianobakteriyaların təkamülü təkzib edən möhtəşəm xüsusiyyətləri

Mavi-yaşıl yosun da adlanan sianobakteriyalar enerjilərini fotosintez ilə əldə edən, elmə məlum olan ən qədim prokariot, yəni birhüceyrəli canlılardır. Bu canlılar hüceyrədaxili reaksiyalarda istifadə etdikləri karbonu atmosferdəki karbondioksiddən hasil edirlər. Eyni zamanda, azot qazını molekula çevirirlər. Bu reaksiyaların eyni yerdə həyata keçməsi üzərində ciddi düşünməli xüsusdur və təkamülçülərin ibtidai iddiasını kökündən məhv edir.

Azot fiksasiyası prosesindən məsul olan nitrogenaz fermenti oksigenə çox həssasdır. Ona görə, sianobakteriya hüceyrələrində azot fiksasiyası və oksigen ehtiva edən fotosintez prosesi eyni anda baş verə bilməz. Bu maneənin aradan qaldırılması üçün bəzi sianobakteriyalar azot fiksasiyası prosesini xüsusi hüceyrə növü olan heterosistalarda həyata keçirirlər.

Heterosista hüceyrələr özünəməxsus quruluşlarına görə sianobakteriyaların bir-biri ilə uyğun olmayan iki prosesi həyata keçirməsini təmin edir.

Oksigenin daxil olmasının qarşısını almaq məqsədilə heterosista hüceyrələr tərkibində qlikolipid və qoruyucu homogen təbəqə kimi polisaxarid olan xüsusi qılafla örtülüdürlər. Sukeçirməz zəncirlərin bir-birləri ilə reaksiyası yolu ilə 4 nanometr böyüklüyündə təbəqə əmələ gəlir və bu yolla qazlarla həll olmuş maddələrin keçiriciliyinin qarşısı alınır. Heterosistalarda iki təbəqəli lipiddən ibarət 4 membran var və bunların quruluşuna görə funksiyaları da fərqlidir.

Beləliklə, birlikdə həyata keçirilməsi mümkün olmayan fotosintez yolu ilə karbondioksid fiksasiyası və oksigensiz mühitdə azot fiksasiyası bir-birindən təcrid edilir və sianobakteriyalar funksiyalarını yerinə yetirirlər.

Təkamülçülər üçün müəmma: sianobakteriya fosilləri

Avstraliyanın Apeks Çert bölgəsindəki qaya təbəqələrini tədqiq etdikdə yaşı 3.9 milyard ilə çatan sianobakteriya fosillərinə, yəni stromatolitlərə rast gəlinib.

Stromatolit sianobakteriya kimi mikroorqanizmlərin qalıqlarını çöküntü ilə birləşib yapışması, toplanması və donması nəticəsində dayaz sularda əmələ gəlir. Prekembri dövründə əmələ gəlməyə başlayan stromatolitlər dəniz suyu ilə daşınan kalsium-karbonat (əhəng daşı) parçalarının, göy-yaşıl yosunların əmələ gətirdiyi sapvarı yığınların üstünə yapışaraq formalaşdırdığı genişlənməyə meyilli təbəqəli orqanizmlərdir. Bu orqanizmlərin zəngin xlorofil tərkibi var. Geoloji dövrlər ərzində dəniz səthinin altında müxtəlif ölçüdə, kürə və ya qübbə şəklində formalaşıblar.

İnsanlar və heyvanlarda günəş enerjisindən birbaşa istifadə etmək üçün mexanizm yoxdur. Bu enerjini ancaq yaşıl bitki və mikroorqanizmlərin həyata keçirdiyi fotosintez prosesi nəticəsində sintezlənmiş şəkildə qəbul edirlər. Atmosferdəki oksigenin yarısından çoxunu fotosintez edən sianobakteriya növləri təmin edir. Bu canlıların günəş işığı ilə meydana gətirdiyi enerji adi şəkər şəklində toplanır. Əmələ gələn bu şəkər yer üzündəki canlı orqanizmlərin həyatda qalması və böyüməsi üçün lazımi biokimyəvi reaksiyalar və eyni zamanda, tənəffüs üçün vacibdir.

Canlıların həyatlarını davam etdirmək üçün oksigen və karbondioksidə ehtiyacı olduqları kimi, böyümək üçün azota da (N2) ehtiyacı var. Azot canlı orqanizmində xüsusilə nuklein turşularının, zülalların və vitaminlərin əsas tərkib hissəsini təşkil edir. Atmosferin təqribən 78%-i azot qazından ibarətdir. Ancaq canlılar havadakı azotu ehtiyaclarının olmasına baxmayaraq, qaz halında qəbul edə bilmirlər. Bu qaz canlıların istifadəsinə yararlı hala salınmalı və tükənməməsi üçün təbiətdə dövr etdirilib atmosferə geri qaytarılmalıdır. Bu ehtiyacı da mikroskopik bakteriyalar təmin edir.

Azotu havadan əvvəlcə bitkilər qəbul edir. Bitkilər azotdan qaz şəklində istifadə edə bilməzlər. Azot nitrit bakteriyaları tərəfindən nitritə, nitrit isə nitrat bakteriyaları tərəfindən nitratlara çevrilərək bitkilər üçün istifadəyə yararlı hala salınır.

Təkamülçülərin ibtidai adlandırdığı bakteriyalar azot dövranını həyata keçirərkən fotosintezdə olduğu kimi canlı kimya laboratoriyası kimi işləyirlər və kimya elmini bilməyənlərin heç cür anlamayacağı kompleks kimyəvi reaksiyaları yaradıldıqları gündən etibarən fasiləsiz həyata keçirirlər.

Avstraliyanın Apeks hövzəsində 3.9 milyard illik ən qədim mikroorqanizm fosilləri tapılıb. Yuxarıda və sol yandakı sianobakteriya fosilləri Apeks bölgəsindən çıxarılmışdır və 3.5 milyard il yaşı var.

Yuxarıda şəkildə görünən sapvarı formadakı sianobakteriyalarda hər 10 hüceyrədən biri heterosista adlandırılır və azot fiksasiyası prosesini oksigendən tamamilə izolə edilmiş bu hüceyrələr həyata keçirir.

Möcüzəvi mikro canlı olan sianobakteriyaların təkamül nəzəriyyəsinin canlıların təsadüfən əmələ gəlməsi iddiasını təkzib edən xüsusiyyətlərini belə xülasə edə bilərik:

Yan tərəfdəki şəkil: sianobakteriyalardakı altı bucaqlı və simmetrik “S təbəqəsi”nin yuxarıdan və yandan görünüşü

Təkamül nəzəriyyəsi bu canlıların estetik quruluşuna və simmetriyasına cavab verə bilmir. Təsadüfən bu simmetriyanın və qüsursuz nizamın meydana gəlməsi qeyri-mümkündür.

Bu mikrocanlılardakı qüsursuzluq açıq-aşkar üstün yaradan olan uca Rəbbimiz Allah’ın yaratmasını göstərir.

Stromatolitlər fosil qeydlərində çoxdur və 4 milyard ildən etibarən yer üzünün müxtəlif yerlərində mövcuddur. Avstraliyadakı Şark Bey körfəzində 1956-cı ildə kəşf ediliblər. Eyni zamanda, Baham adaları, Hind okeanı, Afrika və Amerika Birləşmiş Ştatlarında da var.

Stromatolitlərin hər m2-də 3 milyard bakteriya var. Bunlar çöküntü və üzvi maddələrlə birləşərək zaman ərzində öz ölçülərindən 10 milyon dəfə böyük, 1.5 m hündürlüyündə formalar əmələ gətiriblər. Çox yavaş böyüdüklərinə  görə 1 m hündürlüyündəki bir stromatolitin təqribən 2000 il yaşı olur.

Möcüzəvi mikrocanlı sianobakteriyanın böyük fəaliyyətləri:

  • Sianobakteriyalar dünyanın illik oksigen miqdarının 30%-ni hasil edirlər. Bu, dünyadakı bütün yaşıl bitkilərin hasil etdiyi miqdara bərabərdir.
  • Bu bakteriyaların ölçüsü çox kiçikdir, ancaq sayca çoxdurlar. Bir litr suda 100-dən çox sianobakteriya olur və okean canlılar aləminin 10-20%-ni təşkil edirlər. Görünməsələr də, yer üzündə çox geniş yayılıblar.
  • Bu bakteriya növü fotosintez, azot fiksasiyası (azotun canlılar tərəfindən istifadəyə yararlı şəklə salınması) və tənəffüs kimi bir-birindən fərqli prosesləri bir hüceyrənin içində həyata keçirir. Bu isə yuxarıda izah etdiyimiz hüceyrə qılafı sistemi tələb edir. Məsələn, bu bakteriyanın azotu fiksə etmək üçün oksigensiz, bütün digər reaksiyalar üçün oksigenli mühitə ehtiyacı var, bunların hər biri müxtəlif qılaf sistemləri tələb edir. Bu quruluşuna görə sianobakteriyalar bakteriyalar aləminin ən mürəkkəb növlərindən biridir.
  • 1980-ci ildə sianobakteriyalarda sirkad ritmi olduğu müşahidə edilmişdir. Sirkad ritmi çoxhüceyrəli canlılarda müşahidə olunan, orqanizmin özünü xarici mühitə görə avtomatik tənzimləməsidir. Sianobakteriyaların günün 12 saatında oksigeni hüceyrənin daxilinə qəbul edərək fotosintez və tənəffüs, qalan 12 saatda isə azot fiksasiyası prosesini həyata keçirdikləri müşahidə olunmuşdur.
  • Sianobakteriyalar suyun içində qamçıları olmadan hərəkət edə bilirlər. Bu canlıların hər hansı üzvləri olmadan hərəkət etməsinin sirri 20 ildən çox davam edən tədqiqatlara baxmayaraq, hələ də aşkar edilməmişdir. Ən üst hüceyrə təbəqəsini təşkil edən “S təbəqə” adlı altı bucaqlı təbəqə üç ölçülü və simmetrikdir. Bu təbəqənin hüceyrənin hərəkətində mühüm rol oynadığı düşünülür. Çünki simmetriyanı təşkil edən “swm6” adlı gen hər hansı mutasiyaya məruz qaldıqda hüceyrənin hərəkət etmədiyi müşahidə olunmuşdur.
  • Xərçəng, virus əleyhinə və ultrabənövşəyi şüadan qoruyan maddələr hasil edən sianobakteriyalardan bu xüsusiyyətlərinə görə insanlar üçün faydalı genetik elmi fəaliyyətlərdə istifadə edilir. Məsələn, Nostoc ellipsosporum növündən olan sianobakteriyanın hasil etdiyi Cyanovirin-N adlı virus əleyhinə zülal HİV vurusunu zərərsizləşdirir. Bu zülal HİV virusunun hüceyrələrə yapışmasını təmin edən oliqosaxaridlərə birləşmə xüsusiyyətinə malikdir. Bununla bağlı tədqiqatlar hələ davam etdirilir.

Bakteriyalar təkcə dənizlərdə və ya su mənbələrində yaşamırlar, insan orqanizmindən yer altındakı termitə, hətta bitkinin kökcüklərinə qədər bütün canlılar aləmində yayılıblar. Bu canlılar yer üzünün hər tərəfində yaşayır və funksiyalarını milyard illərdir eyni dərəcədə qüsursuzluqla yerinə yetirirlər. Bütün bunlar, əlbəttə, bir həqiqətə işarə edir: yaradılışa.

Təkamül nəzəriyyəsini müdafiə edənlər də, əslində, bu canlıların ibtidai quruluşda olmadığını çox yaxşı bilirlər. Odur ki, həmin mükəmməl canlıların xüsusiyyətlərini, mexanizmlərini açıqlamağa çalışarkən daima çıxılmaz vəziyyətdə qalırlar. Təkamül mikroskopik canlının varlığını açıqlamaqda aciz olan elmdən kənar nəzəriyyədir.

XXI əsrin inkişaf edən elm və texnologiyası elektron mikroskopu altında təkamül nəzəriyyəsi yalanını bir daha üzə çıxaran yeni aləmi tanıtmışdır. Darvinistlərin yer üzündəki canlılar ilə bağlı getdikcə uzanan suallar zəncirinə beləcə bir yeni sual da əlavə edilmişdir. Aparılan hər tədqiqat, əldə edilən hər nailiyyət, bu canlılarda rast gəldiyimiz hər xüsusiyyət Allah’ın gözlə görünməyən canlıdan necə qüsursuz sənət yaratdığını kəşf etmək və bunu təqdir etmək üçün bir yoldur.

Bakteriya təbəqələri üstünü tədricən çöküntü örtdüyünə görə günəş işığına çatmaq üçün yuxarıya doğru hərəkət edirlər, şəkildə göründüyü kimi, təbəqə üstünə təbəqə əlavə olunaraq qüllələr meydana gətirirlər.

Avstraliyanın Pilbara bölgəsindəki bu stromatolit fosilləri prekembri dövrünə aiddir. Şəkildə aydın görünən bu qat-qat təbəqələr stromatolitin yuxarıya doğru böyüyərək formalaşdığını göstərir.

Bu səhifədəki stromatolitlər 4000 ildir Avstraliyanın Akula körfəzindəki Hamelin Pul hövzəsində yerləşir.

Avstraliyanın bəzi digər bölgələrində isə 3.9 milyard il yaşı olan stromatolit fosilləri var. Bu stromatolit fosilləri ilə dövrümüzdə yaşayan bakteriyalar arasında heç bir fərq yoxdur. Bu mikroorqanizmlər əsla təkamül keçirməyiblər.

Stromatolit fosili

Dövr: Prekembri

Yaşı: 2.2-2.4 milyard il

Bölgə: Miçiqan, ABŞ

Fosil qeydlərindəki ən qədim makrofosillərdən biri olan bu stromatolit nümunəsi Amerikanın Miçiqan bölgəsindən çıxarılıb.

Təqribən 2.4 milyard il yaşı olan bu stromatolit fosili yer üzünün ən yaşlı mikrocanlıları olan sianobakteriya koloniyalarına aiddir. Stromatolitlərin tədqiq olunması ilə milyard illər əvvəlki dövrün iqlimi, geologiyası, canlı müxtəlifliyi və coğrafiyasına dair faktlar əldə edilmişdir.

Kalsium-karbonat (əhəngdaşı) böyüyən bakteriya lifləri üzərində toplandıqca zaman ərzində təbəqələr əmələ gətirir. Bakteriyaların ətrafdakı sudan karbondioksid əldə edərək fotosintez etməsi bu təbəqələri meydana gətirir.

Suda çökən dənəciklərlə birlikdə minerallar bakteriya koloniyalarını örtən yapışqan mayenin içində qalırlar və çöküntü maddəsinin içində yuxarıya doğru böyüməyə davam edərək yeni təbəqələr meydana gətirirlər.

Bu proses dəfələrlə təkrarlanır və çöküntü təbəqələri əmələ gəlir. Bu formalaşma prosesi dövrümüzdə də davam edir.

3.9 milyard il əvvələ aid fosilləşmiş stromatolitlərə bütün qitələrin qaya süxurlarında rast gəlmək mümkündür.

Stromatolit fosili

Dövr: Prekembri

Yaşı: 2.2-2.4 milyard il

Bölgə: Miçiqan, ABŞ

Bu fosil ABŞ-nın Miçiqan bölgəsindən çıxarılıb və yer üzündə həyatın ilk dəfə üzə çıxdığı dövrə aid olan stromatolit materiallarının mərmərə bənzəyən nümunəsidir.

Mərmər əhəngdaşının metamorfik formasıdır. Əhəngdaşında çoxlu miqdarda maqnezium olduqda meydana gələn serpantin xoş yaşıl rəngin əmələ gəlməsinə səbəb olur.

Fosil stromatolitlər ən qədim canlı orqanizmlər olan sianobakteriya koloniyalarıdır. Qaya təbəqələri arasında fosilləşmiş, milyard illər yaşı olan bu bakteriyalar çox kompleks quruluşu ilə oksigen hasil edən canlılardır. Gözlə görünməyən bu canlıların həyata keçirdiyi prosesləri müasir texnologiya ilə etmək mümkün deyil. Darvinistlərin ilk ibtidai canlılar olduğunu iddia etdikləri sianobakteriyalar günəş işığından istifadə edərək fotosintez edirlər və suyu oksigen molekulları ilə proton və elektrona çevirirlər. Fotosintezdə rol oynayan orqanları tilakoidlər hüceyrə qılafının içindəki qırışlarda yerləşir. Tilakoidlərin qılafında fikobilisom adlanan, fotosistemlər üçün işıq toplama funksiyasını yerinə yetirən xüsusi çıxıntılar var. Bu quruluşda canlı ibtidai ola bilməz.

İstər quruluşu, istərsə həyata keçirdiyi proseslərə baxdıqda 3.9 milyard il yaşı olan bu canlıların yaradıldıqları andan etibarən çox kompleks olduğu, ibtidai canlılar olmadığı aydındır.

Stromatolit fosili

Dövr: Prekembri

Yaşı: 2.4 milyard il

Bölgə: ABŞ

Prekembri dövrünə aid bu 2.4 milyard illik stromatolit fosilinin əlvan rəngləri və naxışları var. “Pələng gözü” (ing. "tiger iron”) adlandırılan bu növün qırmızı rəngi yəşəm (silisiumlu çökmə süxur) və qara hematitdən (dəmir mineralı) əmələ gəlib. Girintili-çıxıntılı və təzadlı rəng zolaqları və sanki cilalanmış quruluşu fosili cəlbedici göstərir. Əsasən, zərgərlikdə və bəzək vurmada istifadə olunur. Pələng gözü, əsasən, silikon dioksiddən təşkil olunub və dəmir oksidi ilə rənglənmişdir.

Sianobakteriyaların hərəkət mexanizmi də çox təfərrüatlı və bənzərsizdir.

Sianobakteriyalar gündüzlər fotosintez üçün suyun səthinə yaxın olur, gecələr isə dibə bataraq qida maddələri toplayırlar. Bunun üçün qaz boşluqlarından istifadə edirlər və suda bu yolla hərəkət edirlər.

Digər bakteriyalardan fərqli olaraq sianobakteriyalar hərəkət etmək üçün yavaşca sürüşürlər, lakin qamçıları olmadığına görə, bakteriyanın bu hərəkətinin mexanizmi hələ tam aşkar edilməyib.

Hüceyrənin yerini dəyişdirməsini təmin edən yavaş sürüşmə hərəkətində kompleks zülallar mühüm rol oynayır, lakin bu mexanizmin quruluşu və komponentlərinin necə işlədiyi hələ elmə məlum deyil. Milyard illərdir bu mexanizm eynilə qalıb, heç bir dəyişiklik keçirməyib.