Kəpənəyin gözündəki dizayn

Kəpənəyin gözündəki dizayn

Kəpənəklərin gözləri obyektləri ayrı-ayrı hissələrdən əmələ gəlmiş mozaika şəklində görən bir çox gözdən ibarətdir. Bu gözlərin hər biri bütün şəklin yalnız bir hissəsini görür. (Bunu bir kompüter, ya da televizor ekranındakı görüntünü meydana gətirən nöqtələrə oxşada bilərik.) Bəzi kəpənək növlərində 17.000 ədəd bu kiçik gözlərdən olur. Onların gözləri nə qədər çox olarsa, obyektləri bir o qədər dəqiq görə bilirlər.